Ölkəmizdə də bu döyüş üslubu gənclər və eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir. Bu döyüş sənətinin yarandığı məkan sayılan Çində və eləcə də bir çox ölkələrdə seminarlarda və təlim məşqlərində olmuş, Vin Çunun ölkəmizdəki yaradıcısı, Azərbaycan Vin Çun Döyüş Sənəti Federasiyasının prezidenti,  Asif Sayadov tələbələrinə bu döyüş üslubunu məharətlə öyrədir.

 Bu döyüş sənəti ölkəmizə ilk dəfə 2008-ci ildə Asif Sayadov tərəfindən gətirilib. 2008-ci ildə “Azərbaycan vin çun döyüş sənəti idman klubu MMC” adı altında dövlət qeydiyyatından keçmişdir. 10 il Klub olaraq fəaliiyət göstərdikdən sonra 04.06.2018-ci il tarixində Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası dövlət statusu alaraq, Gənclər və İdman Nazirliyinin rəsmi məktubu əsasında Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Hazırda Vinq Çun Respublikamızda sürətlə yayılır və sevilir. Azərbaycan Vinq Çun döyüş sənəti federasiyası, beynəlxalq Vinq Çun assosiasiyasına rəsmi üzvdür.

Federasiyanın prezidenti Respublikanın əməkdar məşqçisi - Asif Sayadovdur.

Məqsəd, bu idman növünü inkişaf etdirmək və gələcəyimiz olan gənc nəslin sağlam ruhda böyüməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması və vətənimizi hüdudlarından kənarda təmsil etmək, idman şərəfini layiqincə qorumaqdır.